☰ Меню
zastavka az.JPG

PIMAPEN qapı və pəncərələri

PIMAPEN qapı və pəncərələri
Plastik profil sistemlərinin zamanla sınanmış istehsalçılardan biri olan Türk brendi PİMAŞ şirkətidir. PİMAPEN plastik pəncərələri Azərbaycan bazarına ilk dəfə 1995-ci ildə daxil oldu. Bu şirkəti bizim bazarın plastik qapı-pəncərə bölməsinin pioneri hesab etmək olar. Hətta bir çox yerli alıcı PİMAPEN dedikdə bütün plastik qapı-pəncərə sektorunu nəzərdə tutur. PİMAŞ şirkəti bütün istehsalat sahələrində müasir avadanlıq işlədir, daimi keyfiyyət nazarəti aparır və yalnız yüksək keyfiyyətli xammaldan istifadə edir. Bunun nəticəsi kimi profil sistemlərinin yüksək keyfiyyəti, aşağı-yuxarı temperaturlara, ultrabənövşəyi şualara davamlılıq, yüksək istilik və səs izolyasiya keyfiyyətləridir. PİMAŞ şirkətinin Azərbaycandaki mövcud çeşidləri plastik qapı və pəncərə istehsalında istənilən məsələləri həll etmək imkanı yaradır. PİMAŞ profil sistemlərinin vasitəsilə biz dəfələrlə qeyri-standart və mürəkkəb proyektləri həyata keçirmişik.