☰ Меню
post 3.jpg

Haqqımızda - "SAF-PƏNCƏRƏ" şirkəti

"SAF-PƏNCƏRƏ"  şirkəti 1997-ci ildən plastik qapı-pəncərə sənayesinin ən böyük şirkətlərinin rəsmi nümayəndəsi kimi fəaliyyət göstərib. 1999-cı ildən şirkət əsas diqqətini plastik konstuksiyaları üzrə dünya bazarının lideri "REHAU" Alman konserni ilə iş birliyində cəmləşdirib və o zamandan öz müştərilərini ən etibarlı pəncərə və qapılarla sevindirir. Təsis olunan gündən məsuliyyət, dürüstlük və operativlik bizim prioritetlərimizdir. Sifarişinizi bizdə yerləşdirirsinizsə ölçünün, istehsalatın, çatdırılmasının və quraşdırılmasının 6-7 iş günü ərzidə yerinə yetirilməsində əmin ola bilərsiniz. Bundan sonra zəmanət 5 il qüvvədə olacaq. Hətta bu müddətdən sonra, biz Sizə professional servis xidmətləri təklif edirik.Gözəl, səs keçirməyən və möhkəm «REHAU» plastik pəncərələri artıq çoxdan dəbdəbəli fasad bəzəyindən funksional zəruriyyətə çevirilibdir. Onlar küçə səs-küyündən, soyuqdan və isti günəş şualarından qoruyur, yanğın və səhiyyə standartlarına uyğundur. Belə pəncərələrə qulluq etmək çox asandır və heç bir xüsusi yuyucuya ehtiyac yoxdur. Profilin parlaq səthində toz və kir uzun müddət qalmır. Ləkə izləri adi pəncərə yuyucuları vasitəsiylə aradan qaldırılır.

Müştərilər «SAF-pəncərə» şirkətinin məhsul və xidmətlərini aşağıdakı amillərə əsasən seçir: 

- Biz birbaşa pəncərə profillərin aparıcı istehsalçısı “REHAU” konserni ilə işləyirik; 

- Müştərilərin ehtiyac və istəklərini nəzərə alaraq fərdi iş sxemləri seçirik; 

- Çatdırılmanı və quraşdırılmanı vaxtında yerinə yetiririk; 

- Quraşdırma və istifadə konsultasiyaları keçiririk; 

- Zəmanət veririk, aksiyalar keçiririk və xüsusi təklifər hazırlayırıq; 

- Tərəfdaşlar üçün gəlırli biznes imkanları yaradırıq. 

«SAF-pəncərə» şirkətinin əsas fəaliyyəti: plastik qapı-pəncərələrin, yamacların, jalyuzların, eyvanların, lodjiyaların, qış bağçalarının, həşəratlara qarşı torların istehsalı, satışı və quraşdırılmasıdır. Biz tam xidmət kompleksi təklif edirik: dəqiq ölçünün götürülməsi, ehtiyatlı çatdırılması, plastik konstruksiyanın quraşdırması, təmiri və servisi. Bunlar bütün işlərin vasitəçilər olmadan həyata keçirməsinə imkan verir. Siz vaxtınıza və pulunuza qənaət edərək, xidmətlərin tam və yüksək keyfiyyətlı olmasında əmin ola bilərsiz. Biz hər bir müştəriyə fərdi yanaşaraq, onun ən cəsarətli fantaziyalarını həyata keçirmək üçün çalışırıq. Sizin istəylərinizi və qarşımızda qoyulan məqsədləri nəzərə alaraq bizim komanda sifarişinizin Sizə ən sərfəli variantlarını tapmağa köməklik göstərəcək. Onun icrası zamanı biz illərlə yığılmış təcrübə və biliylərimizdən istifadə edirik. 

Bütün işçilər daimi və rəsmi şirkətin personalı kimi fəaliyyət ğöstərirlər. Bizim menecerlər, memarlar və montajçılar PVX konstruksiyaları sahəsində daimi peşakarlıqları üzərində çalışan yüksək ixtisaslı mütəxəssislərdir. işlərin icrası yalnız müasir materiallardan istifadə etməklə və müvafiq bahalı alətlər ilə həyata keçirilir. Biz keyfiyyət hesabına qənaət etmirik!