☰ Меню
zastavka az.JPG

Furnitura


REHAU
REHAU şirkəti uşaq təhlükəsizliyinin təminatı məsələlərinə öz töhfəsini verərək LINEA DESIGN seriyasının PVX-pəncərələri üçün yeni pəncərə dəstəyini bazara buraxdı. Balaca uşaqlar kifayət qədər ətrafla maraqlanan olur. Pəncərədən baxarkən onun arxasındakı naməlum dünyaya əl uzatmaq istəyirlər.
Vinkxaus (Winkhaus)
Winkhause – beynəlxalq keyfiyyət standartlarına cavab verən Rusiya Dövlət Tikinti Komitəsi tərəfindən sertifikatlaşdırımış keyfiyyətli pəncərə firnuturaları istehsal edən alman konsernidir. Winkhause pəncərə firnuturaları yerli tikinti sahəsində fəal istifadə olunur. Bundan əlavə Rusiya ərazisində eyni adlı markanı istehsal edən zavod mövcuddur.
Roto
Roto markası altında mansard pəncərələri ilə birlikdə onlar üçün aksesuarlar da istehsal edilir. Beynəlxalq Alman şirkəti olan Roto Frank Ag pəncərə furnituraları üçün geniş çeşid imkanı (daha çox pəncərə dəstəyləri və ciftlər) təklif edir. Bu şirkəti yaradan Vilqelm Frank fırlanan və özünə tərəf açılan funksiyalı bu pəncərələri kəşf etmişdir. Bu gün bu istehsalçının çeşidləri içərisində Rono NT fırlanan-özünə tərəf açılan furnituralı pəncərələr, Patio maili hərəkət edən pəncərələr, Centro 101 ciftli pəncərələr, RotoLine pəncərə dəstəkləri kolleksiyası (standart və açarla kilidləmə) və o cümlədən uşaqlar üçün təhlükəsiz olan pəncərə sistemləri mövcuddur.
GU
GU-un pəncərə çeşidləri Gretsch-Unitas-ın (GU) alman konserni tərəfindən ən müasir texnologiya və yüksək keyfiyyətli avadanlıqlarla istehsal edilir. Şirkət yeni texnoloji qərarların hazırlanması ilə məşğul olan elmi mərkəzə sahibdir. Və bunun sayəsində çoxfunksiyalı pəncərə aksesuarlarının hazırlanmasına müvəffəq olurlar (istehsalçı zəmanəti 10 il). Şirkət həmçinin ağacdan və alüminiumdan pəncərə aksesuarlarının istehsal edilməsi ilə məşğul olur. Fərqləndirici xüsusiyyətlər — yüksək keyfiyyət, ekoloji təhlükəsizlik və yüksək uyğunluq təşkil edən qiymət/keyfiyyət.
LINEA DESIGN
REHAU şirkəti profilin xüsusiyyətlərinə diqqət ayırmaqla, həm də hazır məhsulda istifadə olunacaq çeşidlərin keyfiyyətinə və komplektləşdirməsinə də əhəmiyyət verir. Bu heç də təəccüb doğuracaq hal deyil, çünki məhsulun nə dərəcədə keyfiyyətli və rahat olacağı məhz bundan asılıdır. Buna görə də LINEA DESIGN-in firması pəncərə dəstəyləri (qulpları) xəttinin genişlənilməsinin ardınca REHAU şirkəti Rusiya bazarında PVC-qapılar üçün bütöv örtmə ilə basma qarnitur təqdim edir.
Basma qarniturunu REHAU 60mm və 70mm qapı sistemləriylə birləşdirmək mümkündür. 
Sındırmaya qarşı furnitura
Pəncərə estetik baxımdan qəşəng olmaqla bərabər həm funksional, həm də təhlükəsiz olmalıdır.
İdarə olunan bağlama tıxacları
Bağlayıcı tıxacların funksiyası - bağlamanın bütün perimetri üzrə elementlərinin sıxılmasını təmin etməkdir.
Çərçivənin çırpılmadan fiksasiyası
Çərçivə fiksatoru pəncərə istifadəsini daha da rahatlaşdıraraq, açıq vəziyyətdə sərt formada fiksasiyasına zəmanət verir. Bunun sayəsində daim təmiz hava mühitə daxil ola bilir.
Kilidləmə - qaldırıcı
Bəzi maili və özünə tərəf açılan pəncərələr mikrolift kilidləməyə malikdirlər. Burada əsas funksiya pəncərələrin açılıb-bağlanması zamanı çərçivənin deformasiyaya uğramamasıdır.
Mikrohavalandırma
Müasir pəncərə - çox funksiyanı icra edə bilən qəliz mexanizmdir. Bu funksiyalarından biri isə havalandırma sistemidir.
Pəncərə dəstəyi
Dəstəylərinin (tutacaqlarının) seçilməsi yaxın zamana kimi ənənəvi olaraq ağ, qəhvəyi və metal (gümüşü, qızılı və bürünc) rəng fərqliliyi ilə kifayətlənirdi.

Товары 1 - 11 of 11
First | Prev. | 1 | Next | Last All