☰ Меню
people-human-character-person-and-a-open-book-3d-render--Stock-Photo.jpg

PVX konstruksiyalarından düzgün istifadə edək

PVX konstruksiyalarından düzgün istifadə edək

PVX konstruksiyalarından düzgün istifadə edək

Plastik (PVX) qapı-pəncərənin sıradan çıxmasının qarşısının alınması və xidmət müddətinin uzadılması üçün, aşağıdakı qaydalara riayət etməyiniz mütləqdir. Bu qaydaların pozulması sağlamlığınıza və konstruksiyanın funksionallığına zərər vura bilər:
1. PVC profillərə, şüşə paketlərinə, furnituraya və bütövlükdə pəncərəyə həddindən artıq güc tətbiq etməklə mexaniki təsir göstərmək qadağandır;
2. Pəncərə dəstəyi ilə bütün əməliyyatlar hədsiz səy olmadan və yalnız qanadın (açılan hissə) sıx bağlı olması şərtilə həyata keçirilməlidir;
3. Çırpılıb sıradan çıxmasının qarşısının alınması üçün, güclü külək və ya yel olduqda pəncərələrin və qapıların bağlanması zəruridir;
4. Çərçivə ilə açilan hissənin arasına kənar əşyaların daxil edilməsi qadağandır;
5. Əsas təhlükəsizlik qaydalarına riayət edərək açıq pəncərə qarşısına uşaqların və koordinasiyası pozulmuş olan şəxslərin buraxılmaması vacibdir.
7. Təmir-tikinti işləri zamanı konstruksiyanın bütün elementlərini (kipləndirici, profil, şüşə paketi, furnitura) mümkün zərərdən qorumaq zəruridir.
8. Açılan hissənin çıxarılması və quraşdırılması yalnız mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Yanlış tənzimlənməsi pəncərənin tam sıradan çıxmasına səbəb ola bilər.

← All News