PVX-dan hazırlanmış müasir məhsullar, öz xüsusiyyətlərinə görə, periodik qulluğa riayət etməklə uzunmüddətli istismara malikdir. Plastik məhsullarına qulluq prosesinin özünü şərti olaraq ayrı-ayrı mərhələlərə bölmək olar.
Birinci: bu – bütün konstruksiyaların , şüşə paketlərin və rezin kipləndiricilərin xarici səthinin təmizlənməsidir. Bunun üçün yumşaq parçadan və ya adi təsərrüfat süngərindən istifadə etmək olar . İstənilən PVX səthini toz və kirlərin mexaniki təmizlənməsi üçün, ağır cızıcı alətlərdən və tərkibində abraziv qırıntıları olan təmizləyici toz vasitələrindən istifadə etmək qəti olmaz – bütün bunlar sizin plastik konstruksiyalarınızın səthini amansızca cızar. PVX-dan hazırlanmış qapı və pəncərələrin təmizlənməsi üçün ən gözəl vasitə maye halında olan qabyuyan sabunlardır. Alternativ olaraq paltar sabununun suda həllindən istifadə etmək olar. Şüşə paketlərini təsərrüfat malları dükanlarında satılan istənilən adi camsillər vasitəsilə yumaq olar, lakin abraziv və ya bərk alətlərin istifadəsi şüşələrinizin cızılmasına gətirib çıxara bilər. Şüşənin layı şüşə paketinin ayrılmaz monolit bir parçası olduğu üçün onu ev şəraitində ayrıca dəyişmək olmaz. PVX-dan hazırlanmış məhsullarda perimetri boyunca istifadə olunan rezin kipləndiricilər sizin evinizdə germetikliyi, istilik və səs izolyasiyasını təmin edır. Bunun üçün onların təmizlənməsindən və ya suda həll olunmuş sabunla yuyulmasından sonra silikon yağı və ya adi qliserinlə nazik qat sürtmək lazımdır.
Anladığızın kimi, göstərilən prosedur sizin çox vaxtınızı almayacaq, onun həyata keçməsi üçün isə xüsusi bacarıq tələb olunmur. Qapı və pəncərələrdə belə profilaktik əməliyyatlar ildə iki dəfə aparılmalıdır, lakin çirklənmə çox olarsa, o zaman daha çox təmizlənməlidir.
Sonuncu: daxili furniturlara qulluq. Açılan hissədə hərəkət edən bütün elementlərin yağlamaq lazımdır. Bunun üçün maşın yağından və ya vazelindən istifadə edilir. Əsas odur ki, yağlama üçün istifadə etdiyiniz vasitələrin tərkibində qatran olmasın.
Ikinci: bütün qapı və pəncərələrin alt hissəsində deşiklərdən yığılan çirkləri maksimum təmizləmək. Onlarin təmizlənmısi üçün yumşaq plastikdən və ya rezin tükləri olan fırçalardan istifadə etmək olar.