☰ Меню
zastavka az.JPG

Cam balkon

Cam balkon

Funksional çərçivəsiz  şüşələnmə (CAM BALKON) – açilan (yığılan), işıq keçirən konstruksiyadır, hansı ki , profil baxımından az saylı, eyni zamanda sahənin şüşələnmə müstəvisinin geniş olması ilə seçilir (şüşə qalınlığı 8mm – 21mm arası dəyişir, bu da cam balkonun növündən və istehsalçıdan asılıdır). Bu konstruksiya vizual cəhətdən görünüş genişliyini artırır, eyni zamanda eyvan, teras, lodjiyaları və.s  sərhədsiz olma təəsuratından həzz almağa imkan verir . Bununla da sahələrin germetikliy və istiliyi saxlama xüsusiyyətlərini artırır.

Cam balkon sistemlərində həm tək, həm də ki şüşə paketindən istifadə oluna bilər. Şüşə paketi  tətbiq olunan konstruksiyalar istilik və səs izolyasiyası cəhətdən daha üstündür.

Açılma mexanizminə görə cam balkonun aşağıdakı növləri mövcuddur:

1.Kitab

2.Sürgülü (Slayd)

3.Qatlanan (Qarmoşka)

4.Parkovka

3-cü və 4-cü növlər az tətbiq olunanlardır

Cam balkon sisteminin üstünlükləri :

·         Müxtəlif konfiqurasiyalı eyvan, terras və lodjiyalarda tətbiqin mümkünlüyü (hündürlük 3 m qədər olmaq şərti ilə)

·         Konstruksiyanın tam şəkildə temperli təhlükəsiz şüşədən ibarət olması. Tikilinin estetik görkəminin dəyişdirilməməsi.

·          Konstruksiyanın tam şəkildə yığması mümkünlüyü.

·         Şüşələr sərbəst şəkildə açılıb bağlana bilir.

·         Şüşələrin təmizlənməsinin rahatlığı.

·         Gözə görünməyəcək şəkildə şüşələnmiş sahənin xarici neqativ faktorlardan qorunması.

·         Fasad görünüşünün toxunulmaz saxlanılması (bu hal, memarlıq tikililərin fasadlarının dəyişdirilməməsi üçün vacibdir)

Eyni zamanda qeyd edək ki , cam balkon səs və istilik izolyasiyasına görə plastik və alüminum pəncərələrdən geridə qalır.